Şotlandiyanın paytaxtı Edinburq Böyük Britaniya şəhərləri arasında ilk dəfə 2 funt-sterlinq məbləğində turist vergisi tətbiq edəcək. Hotels24.az “The Times” qəzetinə istinadən xəbər verir ki, müvafiq qərar bu yolla hər il xəzinəni 14,6 milyon funt sterlinqlik əlavə gəlirlə doldurmağa ümid edən şəhər şurası tərəfindən qəbul olunub. Vergi qonaqların gecələdiyi otel nömrələrindən ilk yeddi gün ərzində gündəlik tutulacaq. Kempinqlər – avtoturistlər üçün nəzərdə tutulan düşərgələr istisna təşkil edəcək. Ümumşəhər məsləhətləşmələrində iştirak edən Edinburq əhalisinin 91 faizi turizm vergisinin tətbiqini dəstəkləsə də, Böyük Britaniyanın şimal regionunda bu sahə ilə məşğul olan təşkilatlar və otel sahiblərinin yarıdan çoxu verginin əleyhinə çıxıb. Turizmin müxtəlif sahələrinin maraqlarından çıxış edən “UK Hospitality” təşkilatının fikrincə, yenilik turizm sektoruna mənfi təsir göstərəcək və rəqabət baxımından Şotlandiyanın qlobal reputasiyasına zərər vuracaq. Xatırladaq ki, turist vergisi hazırda Paris və Barselona şəhərlərində tətbiq olunur.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88