Biz 4 ilə yaxın bunun üzərində işləyərək Azərbaycan səhər brendini yaratdıq. Hindistanda olduğumuz müddət bir otel tapmadıq ki, orada səhər, günorta və ya axşam Hindistan milli yeməklərindən başqa yemək verilsin. Hindistana gəlmisənsə Hind yeməkləri yeməlisən. Otellərdə vegetarian, qeyri-vegeterian yeməkləri də var idi. Əsasən bu ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməkləri verilir. Bu sözləri Hindistanda keçirilən sammitdən yeni gəlmiş Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bildirib.
O ölkəmizdə olan otellərin əksəriyyətində milli yeməklərin verilmədiyini bildirdi.
Azərbaycanda, üzərində işləyərəksəhər yeməyi brendi yaratdıq.Lakin yerliotellər onu qəbul etmirlər. Niyə qəbul etmirlər? Yalnız bir neçə otel bunu tətbiq edir. Bunun üstündə fikirləşmək lazımdır. Biz səhər yeməyi brendini ona görə işləyib hazırladıq ki, xalqımızın özünəməxsusluğu qonaqlara təqdim olunsun. Lakin təəssüflər olsun ki, otellər bunu etmirlər.
Nə üçün Hindistanda küçələrdə gördüyümüz xanımlar milli geyimlərində olmalıdırlar biz də isə xanımlarımız avropa geyimlərində. Niyə bizim qızlarımız evdə küçədə, işdə avropa geyimlərindədirlər. Bunların hamısı bir-biri ilə bağlı səbəblərdir. Nə üçün bizdə toyda küçədə hər yerdə xarici müsiqiləri dinləyirlər?Bunun kökünə gedib araşdırmaq və xalqa çatdırmaq lazımdır. Mən Hindistanda havalimanında bir dütüfridə heçnəyin üzərində dollarla və ya avro ilə qiymət yazıldığını görmədim. Bütün məhsulların qiyməti rupi ilə göstərilib. Bakıda isə dütüfridəhər şeyin qiyməti avro ilə yazılıb deyə Tahir Əmiraslanov bildirdi.\
Azərbaycan və dünya üzrə ən böyük otel bazası www.hotels24.az saytımızda. Əlaqə nömrələrimiz 012 408 88 88; 0556035888