"Quba Palace Hotel" İnsan Resursları şöbəsinin müdiri vəzifəsinə işçi axtarır

Tələblər:

- Ali təhsil
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- İnsan resursları/hüquq sahəsində iş təcrübəsi;
- Yaş həddi: 30-45
- Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə)
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandanı idarəetmək bacarığ
- Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
- Liderlik xüsusiyyətləri
- Analitik düşüncə
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşma

Vəzifələr:

- Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
- İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
- Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
- Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
- Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
- Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
- Ehtiyat kadr bazasının yaradılması;
- Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
- Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
- İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
- Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
- Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
- Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- 5 günlük iş qrafiki
- Saat 09:00-dan 18:00a-a dək

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 050-281-81-92