Tez-tez verilən suallar

Hotels24.az – öz şəxsi bron sistemi və inteqrasiya olunmuş beynəlxalq servisi sayəsində Azərbaycan üzrə otel və mənzilləri ödənişsiz bron etmək imkanı verən yerli sistemdir, eləcə də booking.com, agoda.com, hotels.com, expedia və digərləri kimi toplamda 67 onlayn bron sistemi ilə çalışmaqla 205 ölkədə 700.000-dən çox oteli tapıb, qiymətlərini müqayisə etmək imkanını verir. Sistemin əsas məqsədi otel axtararkən vaxtınıza qənaət etmək və qiymət üzrə Sizə ən yaxşı təklifi tapmaqdır. Sizi əmin edə bilərik ki, mövcud onlarla onlayn bron sistemləri arasında Bizdəkindən ucuz qiymət ola bilməz. Əgər bu cür halla rastlaşsanız, bizimlə əlaqə saxlayın Sizə əlavə endirim edək.

Bizim komandanı yeganə hədəf birləşdirir – Sizə ölkəmizin istənilən bölgəsində, eləcə də dünyanın istənilən nöqtəsində qalmaq imkanını yaratmaq. Möhtəşəm otel, ya münasib yataqxana? Milionluq şəhər, ya çox da böyük olmayan qəsəbə? İstirahət, ya ezamiyyət? Siz əlavə vaxt və vəsait itirmədən yalnız ən yaxşı otel təklifləri əldə edecəksiniz.

Niyə məhz Bizdən bron edəsiniz?

Pulsuz bron xidməti + 15 %-ə qədər bonus. Biz bronun işlənməsinə və qeydə alınmasına heç bir komissiya tutmuruq. Hotels24.az – dan istifadə etməklə, Siz maximum otelin özündən şəxsən və ya digər onlayn bron sistemlərindən istifadə etməklə bron etdiyinizdə ödədiyiniz qədər ( əksər hallarda isə daha az) məbləğ ödəyəcək, eyni zamanda oteldən asılı olaraq onun dəyərinin 2-15 %-i həcmində bonus qazanacaqsınız. Qazanılmış bonuslarınızı asanlıqla bu və ya digər oteli ödənişsiz bron etməklə əvəz edə bilərsiniz. Bonuslar haqqında daha ətraflı...

205 ölkədə 700000-dən çox otel və 1000000 apartament arasından rahat seçim etmək imkanı

  • Azərbaycan üzrə bütün otellər 1 portalda
  • 205 ölkədə 700000-dən çox otel və 1000000-dən çox apartamentin axtarışı və müqayisəsi
  • Aparıcı bronlaşdırma saytlarında ən yaxşı qiymətin saniyələr içərisində axtarışı
  • Real qonaqların fikirləri əsasında otellərin reytinqi
  • Biz otellərin qiymətinə heç bir əlavə komissiya qoymuruq. Biz axtarış sisteminin xidmətləri tamamilə ödənişsizdir. Saytımızda əks olunan qiymətlərə bütün standard vergi və rüsumlar daxildir

Həftəsonu demədən, telefon dəstəyi.

Siz həftənin 7 günü səhər 10:00-dan 19:00-dək operatorlarımızın köməyindən faydalana bilərsiniz. Bizim əməkdaşlarımız Sizin üçün həm nömrə bron edə, həm də bronunuzla bağlı hər bir sualınıza cavab verəcək!

Azərbaycanda olan hotel nömrəsini bizim saytdan necə bron etməli?

Siz çətinlik çəkmədən özünüz saytda otel bronunu reallaşdıra bilərsiniz. Bunun üçün otelin adını və otelə giriş-çıxış tarixlərinizi bilməyiniz kifayətdir.

I Addım. Siz Azərbaycanda şəhərin və ya otelin adı, giriş-çıxış tarixlərini, eləcə də fərdlərin sayını axtarış sisteminə qeyd edirsiniz.

II Addım. Sizə təklif olunan variantlardan otelin adını seçirsiniz, Sizə uyğun olan otelin seçimini rahatlaşdırmaq və vaxt itkisinin qarşısını almaq üçün soldakı filtrlərdən (qiymətlər üzrə, xidmətlər vəs.) istifadə edə bilərsiniz.

III Addım. Qalmaq istədiyiniz otaq növünü seçin.

IV Addım. Bronu təsdiqləyin.

Ərizəni göndərdikdən sonra, Bizim operatorumuz Sizin tərəfinizdən seçilmiş otel nömrəsinin boş olub-olmadığını dəqiqləşdirdikdən sonra 20 dəq ərzində Sizinlə əlaqə saxlayacaq (operatorların iş vaxtı 10:00-19:00)

Əgər Siz özünüz saytda otel axtarmağa vaxt itirmək istəmirsinizsə, bron etmək üçün sadəcə bizimlə əlaqə saxlayın. Bizim operator özü Sizin bütün istəklərinizi nəzərə alaraq Sizə otel nömrəsi seçib bron edəcək. Tel: +99412 408 88 88; +99470 608 38 88 (whatsapp və skype)

Ödənişi necə gerçəkləşdirmək olar?

Bron etdikdən sonra Sizin elektron ünvanınıza ödəniş üçün link göndəriləcək. Linkə tuşlamaqla, Siz ödənişi istənilən plastik kartla Visa, Mastercard, eləcə də taksit kartları olan Bolkart, Albalı, Worldkart və s. internet ödəniş sistemi olan Epos.az-dan ödəyə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, Hotels24.az-da bronun rəsmiləşdirilməsinə və işlənib hazırlanmasına görə heç bir komissiya tutulmur.

Suallarınız olsa, otel seçimində konsultasiyaya və hər hansı köməyə ehtiyac duysanız, həftənin istənilən günü saat 10:00-dan 20:00-dək bizimlə əlaqə saxlaya bilərsiniz.

+(994) 12 408 88 88, + (994) 70 608 38 88 (whats app və skype) Ya da Sizinlə əlaqə saxlamığımızı sifariş verin, Biz 20 dəq ərzində Sizinlə əlaqə saxlayaq.

Dünyanın istənilən nöqtəsində olan otel nömrəsini Bizim saytda necə bron etməli?

I Addım. Bron etmək istədiyiniz otelin və ya şəhərin adını dünya üzrə axtarış formasında qeyd edin.

II Addım. Biz aparıcı onlayn bron sistemləri və eyni zamanda öz şəxsi hotels24.az bron sistemi vasitəsilə Sizin yönləndirdiyiniz istiqamətdə qiymətlərin axtarışını reallaşdırırıq.

III Addım. Siz qiymətləri müqayisə edirsiniz və Sizə uyğun olan oteli seçirsiniz.

IV Addım. Biz Sizi partnyorun saytına yönləndiririk, hardakı Siz beynəlxalq onlayn sistemi vasitəsilə ödədiyiniz oteli bron edirsiniz.

Bonus qəpikləri nə deməkdir?

Bonus qəpikləri – bu www.hotels24.az saytının şərti valyuta növüdür. Hotels24.az qəpikləri mövcud endirimlərdən yararlanmağa, malların əldə edilməsinə imkan verir, onları müxtəlif otellərdə brona, aviabiletlərə, ölkədaxili və ölkə xaricində turlara dəyişmək olar. Bonus qəpiklərini yalnız www.hotels24.az saytında saytın qaydalarına və mövcud alqoritmə uyğun olaraq xərcləmək olar. Hotels24.az qəpiklərini satın almaq, satmaq və ya digər istifadəçiyə vermək olmaz. Qəpiklərin istifadə müddətində heç bir məhdudiyyət yoxdur. Onlar fiziki formasını dəyişə bilmir və onları hotels24.az saytından hər hansı milli valyutaya manat, dollar, evro və ya rubla keçirtmək olmaz.

Bonus qəpikləri necə toplanır?

Bonus qəpikləri Azərbaycan və dünya üzrə otel və aviabiletlərin bronu zamanı toplanır. Toplanmış bonus qəpiklərinin miqdarı oteldən, eləcə də bronu həyata keçirdiyiniz sistemdə xərclədiyiniz hər 1 manatdan asılıdır

Siz şəxsi kabinetinizdə topladığınız bonus qəpiklərinin sayını öyrənə bilər, elecə də təkliflər səhifəsinə keçərək onları nəyə xərcləyə biləciyinizi öyrənə bilərsiniz.

Bonus qəpiklərinin hesablama proseduru necədir?

Azərbaycan üzrə bron sistemi vasitəsilə, eləcə də saytımızda yerləşdirdiyimiz istənilən turlar arasından oteli bron etdikdə, bonus qəpikləri avtomatik olaraq hesablanır.

Dünya üzrə bron sistemi vasitəsilə otel, cruize, tur və ya aviabilet bron etdikdə, Sizin elektron ünvanınıza göndərmiş olduğumuz çeki Bizə geri göndərməlisiniz. Prosedurun düzgünlüyü yoxlandıqdan sonra bonus qəpikləri Sizin hesabınıza yüklənəcək. Çek əldə olunduqdan 48 saat keçmədən [email protected] elektron ünvanına mobil nömrə qeyd olunmaqla göndərilməlidir. Əks təqdirdə, bonuslar hesablanmayacaq.

Bonus qəpikləri müştərinin hesabına xidməti istifadə etdikdən sonra 48 iş saatı ərzində köçürülür.

Suallarınız olsa Bizimlə əlaqə saxlayın:

+99412 408 88 88; +99470 608 38 88 (whatsapp və skype)

×