Duzdağ Otel

Нахичеванская Автономная Республика, Duzdag Saxtasi Yolu, 1
Açılış tarixi -- Yenidənqurma  -- Otaqların sayı  0

Telefonla bronlama ofisi

+994 12 408 88 88 +994 (50/51) 603 78 88‬

Otaq

Duzdağ Otel - Standart Otaq

Standart Otaq

Müraciətlə Muraciətinizi göndərin, bizim menecerlər 20 dəqiqə ərzində sizinlə əlaqə saxlayacaqlar
Duzdağ Otel - Villa

Villa

Müraciətlə Muraciətinizi göndərin, bizim menecerlər 20 dəqiqə ərzində sizinlə əlaqə saxlayacaqlar

Selected rooms:  0

Ümumi məbləğ0
Bu sifarişi online ödədiyiniz halda bonus qəpiklərini qazanırsız. Ətraflı

Ətraflı

Duzdağ massivində yerləşən “Duzdağ” 5-ulduzlu kurort kompleksində sağlamlıq və rahatlıq üçün hər cür müasir şərait yaradılmışdır. 5-ulduzlu istirahətin bütün elementlərini özündə cəmləşdirən Duzdağ Otel sizə rahat otaqlar, ləziz və sağlam mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edir.Naxçıvan Beynəlxalq Hava limanına 18 km, Duzdağ Fizioterapi­ya mərkəzinə isə 2 km məsafədə yerləşir. 2008-ci ildən fəaliyyətə başlayan “Duzdağ” otel 100 standart, 8 suit, 35 kiçik suit, 1 kral dairəsi olmaqla 144 otaq və 7 villa ilə xidmətinizdədir.SPA və Fitness mərkəzi, stolüstü oyunlar, mini futbol və basketbol meydançası,tennis kortu, geniş Aquapark və s. ilə qonaqlara xidmət göstərir.Duzdağ" oteli tərəfindən hava limanından qarşılanma xidməti də göstərilir.Qeyd:Bu xidmət yalnız müalicə məqsədilə gələn qonaqlara aiddir.Restoran öz menyusunda milli və dünya mətbəxinin təamları ilə yanaşı, həkim reseptlərinə əsaslanan diyetik yeməkləri açıq bufet və Ala Carte üslubunda təklif edir.Oteldə yerləşən 300 nəfərlik “Duzdağ” toy salonunda əlamətdar günlərinizi keçirə bilərsiniz. İsti yay günlərində aktiv istirahətsevərlər Aquapark xidmətlərindən də istifadə edə bilər.Oteldə mütəmadi olaraq rəngarəng tədbirlər müxtəlif konsertlər keçirilməsi üçün xüsusi səhnə də mövcuddur. “Duzdağ” oteldə uşaqların da istirahəti və əylənməsi üçün lazımi infrastruktur yaradılmışdır. “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə məqsədilə müraciət edən xəstələr üçün “Duzdağ” otelində geniş şərait yaradılmışdır. Burada fəaliyyət göstərən təcrübəli həkimlərin müayinəsi və müşaiyəti altında pasiyentlərin müalicəsi aparılır.Əlavə olaraq sifarişlə daxili şəhər turu, tarixi və dini abidələrə, təbiət qoruqlarına səyahət də təklif olunur.

Rəylər

0.0

Yeni

0.0

0.0

0.0

0.0

Xəritədə bax

×