Almaniya yoxsa ABŞ

  • ABŞ-da həmişə yüksək keyfiyyətə malik məişət avadanlığı almaq olar, amma Almaniyada yox
  • ABŞ-da bank hesablarının açılması , sığorta, maşın alınması kimi məsələlərin sənədləşməsinə maksimum 1 gün vaxt tələb olunur, Almaniya isə bu kimi məsələlərə 1 həftədən 1 aya kimi vaxt sərf olunur.
  • ABŞ da internetvə mobil rabitəyə qoşulmaq asandır, həmçinin ucuzdur, Almaniyada isə əksinə həm bahadır həm də qoşulma 2 həftəyə qədər vaxt ala bilər.
  • ABŞ-da mənzil kirayələmək və əşyaların daşınması daha asandır.
  • ABŞ-da dükanlar gecə saatlarına qədər çalışır. Hətta həftənin bazar günləri də mağazalar işləyir. Həmçinin dükanlarda çeşid çoxdur. İnternetdən sifariş verib məhsdulunuzun çatdırılmasına ehtiyac olmayacaq. Almaniya isə dükanların əksəriyyəti 19:00 kimi işləyir.
  • ABŞ-da karyera və biznes qurmaq imkanları daha genişdir nəinkiAlmaniyada
  • ABŞ-da vergi Almaniya ilə müqayisədə azdır
  • ABŞ miqrantlar ölkəsi olduğundan burada gəlmələrə qarşı münasibət müsbətdir. Lakin Almaniyada bu heç də hamişə belə deyil.

Almaniyada nə yaxşıdır?

  • Almaniyada tibbi xidmət ucuzdur və daha yaxşıdır, nəinki Almaniyada
  • Almaniyada ictimai nəqliyyat daha yaxşı inkişaf edib və şəxsi avtomobilə ehtiyac olmur, nəinki ABŞ-da. Amerikada ictimai nəqliyyat yalnız Ny-York və Çikaqoda rahatdır.
  • Almaniya parklar gəzinti üçün daha təmiz və təhlükəsizdilər
  • Almaniya evlər daha rahatdır. Belə ki, mənzillərin səsizolasiyası daha yaxşıdır. Həmçinin mənzillərdə bir çox məişət avadanlıqlarırını, paltaryuyan və paltar qurudan kimi avadanlıqların evdə saxlanmasına icazə verilir.
  • Almaniyada qida məhsulları daha keyfiyyətli hesab olunur
  • Almaniyada yaşlı adamlar üçün sosial lahiyələr daha çox inkişaf edib.
  • Almaniyada məktəblər, baxçalara və universitetlər demək olar ki, pulsuzdur. ABŞ-da isə tam əksinə olduqca bahadır.
  • Almaniyada işçilərin haqqları daha çox qorunur . ABŞ-da isə tibbi sığorta olduqca aşağıdır.