Hər il olduğu kimi bu il də Yeni İl bayramında xaricə səfər etmək istəyənlər olacaq. Bəs Yeni İli harada daha sərfəli qiymətə qeyd etmək olar? Hotels24.az-ın bu sualını OnTravel turizm şirkətinin əməkdaşları cavablandırıblar.

Bakurianidə Yeni İl

Adı çəkilən şirkətdən verilən məlumata görə, Yeni İl bayramını qeyd etmək üçün ən ucuz istiqamətlərdən biri də Gürcüstanın Bakuriani dağ-xizək istirahət bölgəsidir. Belə ki, bura bir nəfərin avtobusla səfəri , oteldə qonaqlamaqla,qala gecəsi və səhər yeməyi150 dollara başa gələcək.

Dubayda Yeni İl

Əgər qışın oğlan çağında yay havasını yaşayaraq Yeni İl Bayramı qeyd etmək istəyirsizsə o zaman Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərini seçə bilərsiz. Bu istiqamətdə bir nəfərin səyahəti 500 dollaradır. Bu məbləğə aviabilet, 5 gün 31.12-03.01 tarixlərində 3 ulduzlu oteldə qonaqlama, səhər yeməyi, qala gecəsi daxildir.

İstanbulda Yeni İl

Azərbaycanlı turistlərin ən çox sevdiyi yerlərdən biri də Türkiyədir. Bəs bəziləri üçün romantik, bəziləri üçün füsünkar tarixi şəhər, bəziləri üçün isə sadəcə dogma dildə danışılan şəhər olan İstanbulda Yeni İl bayramını neçəyə qeyd etmək olar!?

OnTraveldən verilən məlumata görə, bu şəhərə 1 nəfərin səfəri 390 dollara başa gələcək. Bu qiymətə aviabilet, 6 gün 28.12-02.01 tarixlərində oteldə qonaqlama, qala gecəsi və səhər yeməkləri daxildir.

Moskvada Yeni İl

Yerli turistlərimizin Yeni İldə, heç də İstanbuldan az maraq göstərmədiyi şəhərlərdən biri də Rusiya paytaxtı Moskvadır. Burada bir nəfər azərbaycanlının Yeni İl qeyd etməsi 450 dollardan başlaya bilər. Bu qiymətə 4 gün 30.12-02.01 tarixlərində oteldə qonaqlama, qala gecəsi, səhər yeməyi daxildir.

Sankt-Peterburqda Yeni İl

Rusiyanın paytaxtından fərqli olaraq Sankt-Peterburq şəhərində bir nəfərin 5 gün 30-u tarixindən başlamaqla 4 ulduzlu oteldə qonaqlaması , qala gecəsi, səhər yeməkləri və gediş-dönüş aviabiletləri 500 dollara başa gələcək.

Avropa şəhərlərinə səfərlər isə aşağıdakı qiymətlərədir:

Fransa, Paris – 1100 dollar

Böyük Britaniya, London – 1300 dollar

Luxury – Dəbdəbəli sayılan istiqamətlər üzrə Yeni İldə səfərlərin qiyməti isə belədir:

Malayziya – 1600 dollar 8 gün 30.12-06.01

Maldiv – 1450 dollar 8 gün 27.12-03.01

Dominikan – 2000 dollar 8 gün27.12-03.01

Laplandiya – 1300 dollar 5 gün 30.12-02.01

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88