Yeni İl bayramına hələ bir qədər vaxt qalmasına baxmayaraq, artıq təşkilatçılar Kiyevdə baş tutacaq Yeni İl şənliyinin bəzi sirlərini açıqlayıblar.

Belə ki, ənənəvi olaraq Kiyevdə Sofiya meydanında ölkənin ən əsas yolka ağacı qurulacaq. Yeni İl şənliyi klassik Alman üslubunda keçiriləcək.

Şəhərin mnərkəzində qurulacaq yolka ağacının əsl, təbii olması planlaşdırılır. Təşkilatçılar qeyd ediblər ki, yolka ağacı Alman nağıllarındakı qəhrəmanların oyuncaq maketləri və müxtəlif formalı rəngli işıqlarla bəzədiləcək.

Yolka ağacı dekabrn 19-da müqəddəs Nikolay günündə işıqlandırılacaq. Yeni il günü Avropadan birbaşa Sofiya meydanına əfsanəvi Santa Klaus gələcək. Meydan ümumilikdə əl-alvan bəzəklərlə bəzədiləcək. Bəzəklərdə əsas üstünlük qırmızı, yaşıl və qırmızı rənglərə veriləcək. Sofiya meydanında Yeni İl şəhərciyi salınacaq.

Kiyevin sakinləri və şəhərə gələn turistlər yeni il şəhərciyindən müxtəlif növ suvenirlər almaqla yanaşı həmçinin dadlı yerli mətbəx yeməklərindən də dadmaq imkanı əldə edəcəklər.

Həmçinin şəhərin digər məşhur meydanı Kontraktovoy meydanında da Yeni İl şəhərciyi salıncaq. Bundan əlavə uzunluğu min metr olan buz meyançası da şəhər əhalisinin və qonaqlarının ixtiyarına veriləcək.


Yeni il konsertləri

Bayramla əlaqədar olaraq Kiyevin mərkəzindən 19 dekabrdan etibarən hər gün konsert proqramları keçiriləcək. Konsertlərə ən böyük yolka ağacının rəsmi açılışından sonra start veriləcək.

Həmçinin Kontraktovoy meydanında da hər gün konsertlər keçiriləcək. Burada hətta DJ-lərin festivalının keçirilməsi planlaşdırırlır.

Hazırda Azərbaycandan Ukraynaya Yeni İl şənliyinə sərfəli qiymətə Yeni İl paketi təklif olunur. Belə ki, “OnTravel” 6 ayadək faizsiz ödənişlə səfər paketi təqdim edir.

Bolkart,Birkart və World kartla xarici turların ödənişlərini hissələrə bölüb 6 ayadək faizsiz taksitlə ödəniş edə bilərsiniz. 6 aylıq taksit ilə aylıq - 96 manat (56 dollar) ödəyəcəksiz. Səfər 30.12.2019 - 02.01.2020 tarixlərini əhatə edir. Göstərilən qiymətə aviabilet, 3 gecə 4 gün oteldə qonaqlama, səhər yeməyi və transfer daxildir. Turla maraqlananlar +994 12 408 88 88; +994 77 603 58 88; +994 50 603 78 88 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.