Yeni İl Bayramına artıq 2 aydan bir qədər çox vaxt qalıb. Bu bayram günlərində bir neçə günlük iş olmadığı üçün səyahət sevərlər istədikləri ölkəyə səfər edərək bir neçə gün yaxşıca istirahət edə bilərlər.

Odur ki, Hotels24.az bu il Yeni İl Bayramında azərbaycanlı turistlərin səfər edə biləcəyi ən cuz istiqamətləri müəyyən edib.

Ontravel turizm şirkətindən verilən məlumata görə, xarici ölkələr arasında ən ucuz istiqamətlər Tbilisi,İstanbul,Moskva,Sankt Peterburq,Kiyev və Şarm əl Şeyx şəhərləridir.

Qeyd edilən istiqamətlərin qiymətləri isə belədir: Tbilisidə yeni il təkliflərini 199 dollara, İstanbulda 249 dollara, Kiyevdə 339 dollara, Sankt Peterburqda 429 dollara,Moskvada 436 dollara,Dubayda 449 dollara,Şarm əl Şeyxdə 599 dollardan başlayan qiymətlərlə təklif olunur.

Ontravel turizm şirkətindən verilən məlumata görə, bu il qış tətili üçün ən populyar olan istiqamətlər İstanbul,Dubay,Moskva və Misirdir. Bu istiqamətə azərbaycanlı turistlər arasında böyük marağın olmasına səbəb isə digər istiqamətlərlə müqayisədə daha ucuz olması və turitslər tərəfindən bəyənilməsidir.

Yeni il səfəri üçün özləri tur paket hazırlamaq istəyənlər isə aviaradar.az saytından avibilet ala, Hotels24.az saytından isə istədikləri şəhərdə otel bron edə bilərlər. Məlumat üçün qeyd edək ki, Hotels24.az –da otel bronlamaq Booking.com-dan 3% daha ucuzdur.

Qeüyd edək ki, Bolkart,Birkart və World kartla xarici turların ödənişlərini hissələrə bölüb 6 ayadək faizsiz taksitlə ödəniş edə bilərsiniz!

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz