Təxmini hesablamalara görə, Azərbaycanda 600 yaxın otel var. Ölkəmizin əksər guşələri gözəl və özünə məxsusluğu ilə seçildiyindən , bu yerlər turizm sahəsində ad-san qazanıblar. Təbii ki, belə olduğu halda bu məkanlarda hotellərdə olmalıdır. Çünki dünyanın dörd bir yanından bu yerlərə baxmağa gəlirlər. Bəs Azərbaycanda ən yaxşı hotel hansıdır? Hotels24.az bu suala cavab tapmaq üçün ölkəmizdə fəaliyyət göstərən onlarla gözəl mehmanxanalardan TOP10-nu seçib təqdim dir. Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda sayca gözəl otellər çox olduğundan onlar arasında seçim etmək olduqca çətin oldu. Hətta TOP-10 sıralama rəqəmləri belə tərəfimizdən simvolik olaraq verilib.

1. “Excelsior Hotel & Spa Baku”

Otel, ənənə və yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla birləşdirir. Bakının işgüzar mərkəzinin yaxınlığında yerləşən Excelsior Hoteldən biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə otelə sadəcə 25 dəqiqəlik məsafədədir. Excelcior Hotel Bakıda başdan ayağa dəbdəbə və zərifliklə əhatə olunacaqsınız. Sayı 61 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli süitlərdə lüks oteldən gözləyə biləcəyiniz bütün müasir rahatlıqlar təmin edilir.


2.“Boulevard Hotel Baku”

Dənizkənarı park şərəfinə adlandırılmış və şəhər mərkəzinin şərq hissəsinə doğru uzanaraq Bakı buxtasında yerləşən Bulvar Hotel Bakı 818 qonaq otaqları təklif edir. Bakı Ağ Şəhər qəsəbəsinin ürəyində, şəhər mərkəzini Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yolun üzərində yerləşən otel həmçinin Azərbaycanın ən geniş konfrans zalı olan otelidir. Hazırda Bakının ən ekoloji təmiz rayonuna çevrilməkdə olan, keçmiş sənaye ərazisində salınan Bakı Ağ Şəhər müasir dünyanın ən böyük şəhərsalma inkişafı proyektlərindən biridir.

3.“Fairmont Hotel Baku” "Flame Towers"

Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə mənzərə açılır. Mehmanxananın qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılıb. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərir. Binada 219 avtomobil üçün dayanacaq var. Oteldə 18 lift işləyir.

“Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Çünki “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.

4.“Four Seasons Hotel Bakı”

“Four Seasons Hotel Bakı” dünyaca məşhur Four Seasons Hotel brendinə məxsusdur. Neftçilər prospektində yerləşən şəhərin tarixi məkanı İçəri Şəhərin yaxınlıəğında yerləşir. 2006-cı ildə bu otelin yerində tibb işçilərinin binası olub. Otelin inşası 2012-ci ildə başa çatıb. Mehmanxanada 27-si lüks olmaqla 171 nömrədən ibarətdir.

5.“Bilgəh Beach Hotel”

Adı çəkilən oteldə yeddi restoran və bar, eləcə də gecə klubu, spa və müasir trenajor zalı olan fitnes mərkəzi, ənənəvi türk və fin saunaları, par hamamları, isitmə sistemli termal şezlonqlarla təchiz olunmuş istirahət otaqları, qapalı və açıq hovuz, idman avadanlığı, özəl çimərlik, müxtəlif cür təpəcikləri olan akvapark, bilyard, boulinq, eləcə də iclas otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün unikal zallar və açıq meydançaların olduğu konfrans mərkəzi qonaqların xidmətindədir. Otaq və apartamentlərdən əlavə otelin ərazisində üç yataq otağı olan, otelin ön tərəfində, sıx bağın içərisində yerləşən 14 ikimərtəbəli kotec var. Sahəsi 156 m2 olan hər bir kotecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq balkonu var. Dənizə mənzərəsi olan 176 nömrə və syutlar da qonaqlata təqdim edilir.

6. “Quba Palace Hotel”

“Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace”Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. 212 Göl və Dağ Mənzərəli 550 yataq tutumlu otaq müxtəlif kateqoriyalı otaqları var. Bundan başqa 1670 m2 sahəyə malik Biznes Mərkəzi və 26 villa ilə yanaşı 18 dəlikliqolf meydanı var

7.“Qafqaz Riverside Hotel”

Əzəmətli Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşən Qafqaz Riverside Oteli əsl dəbdəbənin bariz nümunəsidir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Lüks interyerin maksimum komfort və ecazkar təbiətlə qovuşduğu bu otel müxtəlif kateqoriyalı otel otaqları ilə yanaşı, fərdi istirahəti sevənlər üçün müxtəlif otaqlı koteclər və villalar da təklif edir.

8.“Park Challet Hotel”

Qusarda Şahdağın ətəyində yerləşən otellərdən bir də Park Challet oteldir.Qeyd edək ki, Park Challet Azərbaycanda olan ən dəbdəbəli otellərdən biridir. Mehmanxana Quba şəhərinin mərkəzindən 30 kilometr aralıda yerləşir.“Park Chalet" Şahdağ Hotelinin 164 ədəd qonaq otağı təqdim edir. Otaqlar dünya standartlarına görə keyfiyyət ölçüsü hesab olunan 300 incə sapdan toxunmuş döşək ağları ilə örtülmüş geniş və ikili çarpayılardan ibarətdir.


9."Pik Palace Şahdağ Hotel"

"Pik Palace" Şahdağ Hotel 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və fransız eyvanları kimi özəlliklər var. Təklif etdiyi 164 geniş yataq otaqları, dağlara açılan gözəl mənzərəli lüks otaqlarla "Park Chalet" Şahdağ Hoteli mükəmməl mühiti ilə seçilir. Ənənəvi əşyalar sırasına xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd panellər və geniş iş masası daxildir.

10."Qafqaz Thermal Hotel Qəbələ"

Yengicə meşəsinin tam ortasında, yaşıllıqlarla əhatə olunmuş Qafqaz Thermal otel Qəbələ də müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir. Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir. Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Qafqaz Thermal oteli unikal istirahət imkanları ilə yanaşı Naftalan neftinin və mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini qonaqlarımıza təqdim edir.

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88