Dünyanın ən çox turist qəbul etdiyi ölkələrindən biri Fransa, şəhəri isə Parisdir. Belə ki, 2017-ci ildə Fransaya rekord sayda 89 milyoin turist, Parisə isə 28,2 milyon turist gəlib.

Odur ki, Hotels24.az bu dəfə Paris haqqında bəzi maraqlı məlumatları oxucularına təqdim edir.

Paris Fransanın paytaxtı həmçinin ölkənin ən böyük şəhəridir. Şəhər Sena çayının sahilində ölkənin şimal hissəsində yerləşir.

Şəhərin sərhədləri 1860-cı ildən bu yana çox az, demək olar ki, heç dəyişilməyib. 2010-cu ilin statistikasına görə, şəhərinəhalisi 2 milyon 233 min nəfərdən bir qədər çoxdur. Lakin Paris aqlomerasiyasının şəhər kənarı ilə birlikdə əhalisinin sayı 12 milyon 672 min nəfər təşkil edir.

Parisdə iqlim

Paris mülayim okean iqlimi zonasında yerləşir və Şimali Atlantika cərəyanından təsirlənir, buna görə şəhərdə nadir hallarda çox yüksək və ya çox aşağı temperatur olur.

Parisdə yayda maksimum tempratur 25 dərəcə, minimum isə 15 dərəcə olur. Qışda hava soyuq olsa da çox nadir hallarda sıfır dərəcədən aşağı enir. Adətən Parisdə qışda havanın tempraturu müsbət 3-8 dərəcə arasında dəyişir.

Paris yağışlı şəhər olmamağına baxmayaraq, qışda istənilən vaxt yağış yağa bilər. Parısdə qar nadir hallarda yağır.

Parisə necə səfər edə bilrəm sualına cavab axtaran azərbaycanlı turistlər isə OnTravel turizm şirkətinin 050 603 78 88 və 077 603 58 88 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi ala bilərlər. Səfəri özü təşkil etmək istəyənlər isə Aviaradar.az saytından aviabilet, Hotels24.az dan isə otel bronlamaqla səfəri reallaşdıra bilər.


Parisin rayonları

Luvr

Luvr (Arrondissement du Louvre). Bu rayon Parisin coğrafi və tarixi “ürəyi” hesab olunur. Məhz bu rayondan qədim Paris qurulub. Bütün Parisin tarixi bu məkanla bağlıdır. Rayonda Luvr muzeyi, Tyuilri bağı, Sen-Şapel sarayı, Pon-Nöf körpüsü, Razılıq meydanı və Rivoli küçəsi yerləşir.

Burs

Burs (Arrondissement de la Bourse. Rayon Sena çayının şimalında yerləşir. Əsası 19-cu əsrdə qoyulub. Rayonun tarixi yerlərindən biri də 1826-cı ildə inşa edilmiş Bronyar sarayıdır. Bundan başqa bu rayonda məşhur Notr-Dam-de-Viktuar yerləşir. Məşhur bazilika 1629-1740-cı illərdə inşa edilib. Həmçinin Avropanın ən böyük məşhur kinoteatrı,le Grand Rex də burada yerləşir.

Temple

Rayon Sena çayının sağ sahilin yerləşir. Rayon turistlər arasında olduqca məşhurdur. Rayonun ən məşhur yaşayış məntəqəsi Marais hesab olunur. Rayonun bu hissəsində çoxlu sayda brend şirkətlərin dükanları və zəngin insanların malikanələri inşa edilib. Temple həmçinin ən romantik yelərdən biri hesab olunur.

Eyfel qülləsi

Parisdə məşhur rayonlardan biri də Pale-Burbon (Arrondissement du Palais Bourbon) və ya Eyfel qülləsi rayonu (la tour Eiffel) adlanan ərazidir . Bu məkan Sena çayının sol sahilində yerləşir. Şəhərin bu hissəsində çoxlu sayda nazirliklər və dövlət qurumları mövcuddur. Həmçinin burada Fransa yazıçıları və heykəltaraşlarının əl işləri olan Musee d’Orsay muzeyi yerləşir.

Panteon

Panteon və ya (Arrondissement de Pantheon) . Sena çayının sol sahilində yerləşən bölgə Parisin ən qədim bölgəsi olmaqla yanaşı həm də turistik məkan kimi tanınır. Bu rayonda antik dövrə aid tarixi məkan yerləşir. Rayonun mərkəzi Sarbon universiteti hesab olunur. Qeyd edək i ümumilikdə Paris 20 rayondan ibarətdir.

Parisdə mütləq ziyarət olunmalı yerlər

Müasir Parisin əksər hissəsi ensiz dar küçələr və sıx evlərdən ibarət olub. Lakin 19-cu əsrin ortalarından etibarən ensiz küçələrdəki evlər sökülərək, böyük prospektlər salınıb.

Müasir dövrdə Parisdə binaların inşa qaydası demək olar ki, dəyişilməyib. Şəhərdə binaların inşasında küçəyə uyğun aparılır. Belə ki, binaların hündürlüyü küçələrin eninə əsasən təyin edilir.

Hündürmərtəbəli binların inşasına icazə verilmir. O səbəbdən də şəhər yuxarıdan düz müstəvi kimi görsənir.

Parisin məşhur tarixi tikililərdən biri də Site adasında yerləşən “Notre Dame de Paris” kilsəsi hesab olunur. Bundan başqa Eyfel qülləsi və 19-cu əsrə aid Napaleon Triumfial arkası da mütləq səfər edilməli yerlərdən biridir.

Eyfel qülləsi

Eyfel qülləsi Parisin ən tanınmış abidəsidir. Abidə Fransanın simvolu hesab olunur. Bütün mövcud olduğu tarixi boyu abidəni 250 milyondan çox turist ziyarət edib. Bu say qülləni dünyanın ən çox ziyarət olunan məkanlarından birincisinə çevirib. Qüllənin hündürlüyü 324 metrdir. Qüllə 1930-cı ilədək dünyanın ən hündür tikilisi olub. Lakin 1930-cu ildə Nyu-Yorda inşa edilən Kraysler bildinq hündürlükdə Eyfeli keçib.

Tarix boyu abidə müxtəlıif rənglərə boyanıb. Qüllənin rəngi sarı, qırmızı , qəhvəyi və bir çox başqa rənglərdə olub. Lakin son onillikdə qüllə yalnız bir rəngdə, qəhvəyi eyfel rəngdədir. Bu rəng yalnız qülləyə məxsusdur və patenti alınıb.

Mulen Ruj

Milen Ruj Kabaresi Parisin ən tanınmış məkanlarından biridir. Atəşfəşanlıq, qeyri-adi geyimlər,gözəl rəqqasələr, məşhur fransız kankanı da ilk dəfə məhz burada baş tutub.

Kabare hər gün 18:00-dan 1:00 kimi çalışır. Şouya biletlər zaldakı yerdən , saatından və qonağın nahar sifariş edib-etməyəcəyindən asılı olaraq dəyişir.

19:00-da baş tutacaq şouya tamaşa bir nəfər üçün 185-195 avroya başa gələcək. Lakin iki nəfərlik nahar, şampan və VİP yer 420-430 avrodur.

Paris Disneylendi

Paris Disneylendi şəhər mərkəzində 40 kilometr aralıda Marn-la-Valedə rayonunda yerləşir. Sahəsi 1943 hektardır.

Amerika Disneylendinin oxşarını Fransada yaradılması qərarına hələ 1972-ci ildə gəlinsə də . İnşaası 1992-ci ilin aprelin 12-də mümkün olub. İlk adı isə Avro-Disneylend olub. 1994-cü ildə isə hazırki adını alıb. Paris Disneylendi Vold Dsisneyin Avropada yeganə parkıdır. Orta hesabla hər il 12,5 milyon nəfər parkı ziyarət edir. Park 5 əraziyə bölünüb. İstirahət mərkəzində ümumilikdə 49 atraksion var.



Luvr muzeyi

Luvr dünyada ən məşhur muzey hesab olunur. Muzeyi hər il 10 milyon insan ziyarət edir. Muzey həftənin ikinci günlərindən başqa bütün günləri saat 9:00-dan 18:00 kimi çalışır. Muzeyə giriş bileti 15 avrodur.

Muzeydə 13-cü əsrdən 1848-cilədək olan avropalı rəssamlıarın əsərələri yer alır. Ümumililikdə muzeydə 6 mindən çox rəsm əsəri var. Muzeyə gələnlərin ilk görmək istədiyi əsərlərdən biri Cokondadır.

Muzeydə Jak Lui –David,Teodora Jeriko, Ejena Delakrua, Karavadjo, Bottiçeli və digər dünya şöhrətli rəssamların əl işləri yer alıb.