İtaliya Avropanın cənubunda yerləşən ən böyük ölkədir. Burada YUNESKO nun ümumdünya irs siyahısına daxil olan bir çox tarixi abidələr var.
İtaliya bütün dünyada mətbəxi, geyim dəbi, bahalı avtomobil brendləri və lüks kateqoriyaya aid olan motosikılları ilə tanınır. Bundan başqa İtaliya təbiəti də olduqca məşhurdur.
İtaliyanın ərazisində iki cırtdan ölkə var. Bunlardan biri San-Marino, digəri isə Vatikandır. Formal olaraq bu ölkələr Avropa Birliyinə daxil deyillər. Amma hər ikisi Şengen zonasına daxildilər və Avropa Valyuta Birliyinə qoşulublar.
Ölkədə rəsmi və ən geniş yayılmış dil İtalyan dili olmağına baxmayaraq bölgələrdə bir-birindən fərqli dialektlər çoxdur.
İtaliyada İqlim
Aralıqdənizi iqliminin yarımadaya təsiri böyükdür. Amma bu o demək deyil ki, bütün ölkə bu iqlimin təsiri altındadır. Ölkənin cənub və şimalına getdikcə iqlim mülayimləşir.
Yay İtaliyada quru və isti olur. Havanın tempraturu 24-34 dərəcə arasında dəyişir. Qışda isə tempratur 7-12 dərəcə olur.
OnTravel turizm şirkətinin 0506037888 və 0776035888 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi ala bilərsiniz.
Şəhərləri
İtaliyanın bir-birindən gözəl çoxlu şəhərləri var. Onlardan 9 xüsusi olaraq seçilir.
Roma-Müasir İtaliyanın paytaxtı olmaqla yanaşı həmçinin qədim Roma imperiyasınında mərkəzi olub. Həmçinin Roma katoliklərin mərkəzi kimi (Vatikan) tanınır.
Bolonya-Tarixdə ilk universitetin yarandığı şəhər hesab olunur. Həmçinin Bolonya mətbəxi ilə də ad qazanıb.
Florensiya-Şəhər özününarxitekturası və mədəniyyəti ilə tanınır. Həmçinin dünyaya təsiri ilə tanınır. Bu şəhərdə dünyaca məşhur Mikelandjonun əl işləri yer alır.
Qenuya-Varlı şəhər. Liman şəhəri olmaqla yanaşı , burada daim turizm inkişaf edib. Qenuya tarixi şəhərdir. Bu şəhər Kolumbun vətənidir.
Milan – Dünyanın moda mərkəzi hesab olunur
Aviabilet qiymətlərinə buradan baxın (Aviaradar.az)
Neapol – Ölkənin önəmli liman şəhərlərindən biridir. Bu şəhərdə hazırlanan pizza bütün İtaliyada ən yaxşı pizza hesab olunur. Məşhur Vezuvi vulkanı da Neapolda yerləşir.
Piza- Burada məşhur əyri Piza qülləsi yerləşir. Şəhər turistlər arasında olduqca məşhurdur. Piza küçələrində çoxlu tacirlərə rast gəlmək olar.
Turin- FİAT avtomobillərinin vətəni. İtaliyanın sənaye şəhəri hesab olunur. Turində 2006-cı ildə Qış Olimpiya oyunları keçirilib.
Venesiya-Şəhər tarixi, mədəniyyəti və su kanalları ilə bütün dünyada məşhurdur. Burada İtaliyanın məşhur Murano adası yerləşir. Adada şüşə hazırlanır. Yay mövsümündə şəhərə çoxlu sayda turistlər gəlir.
İtaliyada məşhur Roma Kolizeyi ilə yanaşı Trevi Fontanına baş çəkmək olar. Siçiliyadan bir qədər aralıda yerləşən məbədlər vadisində isə tarixi abidələrin şahidi olmaq imkanınız olacaq.
Bundan başqa Romada Panteon məbədi,Milanda Duomo qəsri birinci baş çəkilməli olan yerlərdən hesab olunur.
Mədəniyyət
İtaliyanlar əsasən mehriban və istiqanlıdırlar. Yerli əhali adətən danışıq zamanı jestikuliyasiyadan çox istifadə edirlər. Bu isə kobudluq kimi qəbul edilməməlidir. Əksinə İtalyanlar bununla daha çox nəzakət göstərməyə çalışırlar.
İtaliyada əhalinin əksər hissəsini yaşlılar təşkil edir. Odur ki, ictimai nəqliyyatda ahıl insana yer verməklə hörmət və təşəkkür qazanmış olarsız.
İtaliyalılarla istənilən mövzuda danışmaq olar. Onlar yalnız, gəlirləri haqqında danışmağı xoşlamırlar . Bu barədə sualları isə yaxşı qarşılamırlar.
Siyasət haqqında danışmaq və siyasətçiləri tənqid etmək isə İtaliyada bir növ milli idman hesab olunur. Amma İtaliyada siyasətdən də çox ciddi qəbul edilən mözu var ki, bu da futboldur.
İtaliyada kiminləsə foto çəkdirmək istəsəz mütləq icazə alın. Uşaqlarla fotoya isə xüsusi diqqətli olun. Çünki valideynlərini qəzəbləndirə bilərsiz.
Mətbəx
Dil və mədəniyyət kimi , mətbəx də bölgələrə görə, İtaliyada çox dəyişir. Pasta və zeytun yağı İtaliya mətbəxinin ayrılmaz hissəsidir.Amma bu cənubi İtaliyada belədir.
Şimali İtaliyada insanlar əsasən düyü və kərə yağına üstünlük verirlər. Neapolda isə sitrus meyvələri mətbəxdə önəmli rol oynayır. Venesiyada isə balıqla olan qidalara xüsusi üstünlük verilr.
Regionları yeməklərinə görə daha rahat ayıra bilməyiniz üçün qedy edək ki, ölkənin cənubunda pasta və desert vacib rol oynadığı halda, şimal hissəsində ət yeməklərinə önəm verilir.
İtaliyaya ən rahat səfər etməyin yollarından biri OnTravel turizm şirkətinin 050 603 78 88 və 077 603 58 88 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi almaqdır. Səfəri özü təşkil etmək istəyənlər isə Aviaradar.az saytından aviabilet, Hotels24.az dan isə otel bronlamaqla səfəri reallaşdıra bilər.