Artıq min illərdi ki, Temza çayı sahilində yerləşən əfsanələrlə dolu olan London qalası nəinki London şəhərinin həmçinin bütün Böyük Britaniyanın simvoluna çevrilib.

Hər il bu tarixi abidəyə 3 milyon turist ziyarət edir. Tarixi mənbələrə görə, qalanın tikilmə əmrini Fateh 1 –ci Vilhelm verib. O Qastinsdə Anqlo-saks qoşunları üzərində qələbə qazanıb. Bundan sonra o Vestminister adına layiq görülüb.

Baxmayaraq ki, Norman hersoqu qanunla Bitanioya taxtına sahib ola bilməzdi amma o qılınc gücünə bunu həyata keçirir.

London qalasının tikintisi barədə göstərişlər, həmçinin Riçard Aslan ürək ləqəbli hökmdar tərəfindən də verilib. Onun zamanında qala ərtrafında xüsusi mühafizə zolaqları salınıb. Bu mühafizə imkan verib ki, qala düşmənlər tərəfindən heç b ir dağıntıya məruz qalmadan günümüzə kimi sağ-salamat gəlib çatsın.

Sonralara qala uzun müddət hökmdarların iqamətgahı, zindan və abservatoriya kimi də istifadə olunub. 1988 –ci ildən qala YUNESKO nun milli mədəni irs siyahısına daxil edilib.

White Tower

Tarixə nəzər salsaq görərik bu qala normanların qalalarından daha biridir. Dörd mərtəbəli tikilinin eni 32-36 m, hündürlüyü isə 27 metrədir. 11-ci əsrin sonları tikilib. Qala vatı ilə hökmdarların iqamətgahı olub. İndi isə burada interekativ sərgilər təşkil ounur.

Qarğa gözətçiləri

Britaniyada daha bir tarixi vəzifə Ravenmaster hesab olunur. Qədim əfsanəyə görə, İngiltərə monarxiyası o zaman süquta uğrayacaq ki, o zaman qarğalar qalanı tərk edəcək. Bu səbəbdən qala ətrafındakı qarğalara xüsusi qulluq edilir. Onlara vaxtı-vaxtında yem verilir. Burada yaşayan 10 qarğa növü var ki, hər birinin ayağında da xüsusi bərkidilmiş adı və növü olan vəsiqəsi var.

Crown Jewels – qızılı

Britaniya monarxiyasının var-dövləti, qızılları Waterloo Barracks da daha dəqiq vaterlo tikilisinin ərazisində saxlanılır. Bu zinət əşyalarının fotosunu çəkmək qadağandır. Turistlərə yalnız eksponatlara tamaşa etməyə icazə verilir.

Сoronation Spoon

Londonda olan maraqlı muzey eksponatlarından biri də koronasiya mərasimində istifadə olunan xüsusi qaşıqdır.

Qızıl suyuna salınmış 800 il yaşı olan bu gümüş qaşıqdan kraliçaları və padşahları müqəddəs yağ ilə məsh etmək üçün istifadə olunur.

Qalaya bilet qiymətləri

London qalasına giriş biletləri , elə tarixi abidə ilə üzbəüz yerləşən Welcome Centre və London qalasının rəsmi internet səhifəsi üzərindən satılır. Biletlərin qiymətlərinə gəlincə isə 5 yaşa qədər olan uşaqlar üçün pulsuz, 5 -12 yaş uşaqlar 12 funtsterlinq, daha böyüklər üçün isə 25 funtsterlinqdir.

Londona necə səfər etmək olar?

Londona ən rahat səfər etməyin yollarından biri OnTravel turizm şirkətinin 050 603 78 88 və 077 603 58 88 telefon nömrələri əlaqə saxlamaqla münasib qiymətə səfər paketi almaq olar. Səfəri özü təşkil etmək istəyənlər isə Aviaradar.az saytından aviabilet, Hotels24.az dan isə otel bronlamaqla səfəri reallaşdıra bilər.