Hotels24.az sizə dünyada sayılıb seçilən 25 ən yaxşı oteli təqdim edir. Qeyd edək ki, bu otellər xüsusiyyətlərinə görə, Tripadvizer xidməti tərəfindən seçilib.


Tulemar Bungalovs and Villas

– İdeal məzuniyyət Yəqin ki, idela məzuniyyət deyəndə ən yaxşı istirahət kimi verandada əyləşib, okeana baxmaq və uçan papuqayları seyr etmək düşünülür.

Kosta-Rikanın Manuel Antonio parkında yerləşən mehmanxana sizə əsl ideal məzuniyyət yaşadacaq. Meymunlar, qurbağalar və çoxlu sayda gözəlliyi ilə seçilən quşlar , bütün bu gözəllikləri çəkmək üçün özünüzləfotoaparat götürməyi unutmayın. Həmçinin parkda kayakinqlə məşğul olmaq üçün üsusi çimərliklər də var.Adrenalin həvəskarları Dülfer metodu ilə şəlalədən düşə bilərlər.


Hotel Belvedere

İtaliya Riççone əyalətində yerləşən mehmanxana bura gələnləri bu fanatstik auranı hiss etmək üçün bir daha geri gətirəcək. Bu məkanın ab-havası ən yaşı skeptiki belə fikirlərini dəyişdirəcək

Viroths Hotel










Kambodcada Siem Ril də yerləşən dəbdəbəli eyni zamanda yaşıllıqlara bürünmüş məkan sizi valeh edəcək. Eyni zamanada Viroth's təkcə qədimi buddist xramlardan ibarət deyil həmçinin görməli olduğunuz başqa məkanlar da var.

Kenting Amanda Hotel

Tayvanın Henchung Pindun əyalətində yerləşən və xüsusi gözəlliyi olan bir məkandır.

Hotel Alpin Spa Tuerhof

Adı çəkilən mehmanxana Avstriyanın Tuks əyalətində yerləşir. Yerləşdiyi regionad ən yaxşı SPA xidmətlər göstərən otel hesab olunur.

French Quarter İnn








ABŞ-da Cənubi Karolina ştatının Çarlston şəhərində yerləşən mehmanxananın hər nömrəsində bir surpriz var. Belə ki, otaqlarda qonaqlar üçün şərab, pendir şirniyyatlar və digər dadlı təamlar olur.Tarixin bir hissəsini özündə əks etdirən Çarlston öz qonaqpərvərliyi ilə seçilir. Bu şəhərdə yerləşən qədim qəbirstanlığa baş çəkməklə “ruhlar” aləminə baş vurmuş olacaqsız.

The Resort art Pedragal









Meksikanın Kab-San-Lukas şəhərində yerləşən mehmanxanaya gələnlərin işlətdiyi ilk ifadə yəqin mən cənnətdəyəm olur.

Burada istənilən zövqə uyğun çimərliklər var. Kortesa dənizinin Playa del-Amor çimərliyində sakit dənizdən həzz almaqla günəşlənə və ya Zipper çimərliyində çılğın dalağalarda sörfinq sürə bilərsiz. Əgər yeürli əhali ilə birlikdə xoş vaxt keçirmək istəyirsizsə o zaman buxta və Kanneri çimərliyininqayalıqları istiqamətə baş çəkin . Bu ərazilərdə siz delfinlər birlikdə üzə , həmçinin “səhra parkına” getməklə dəvələrlə ətrafa gəzintiyə çıxa bilərsiz


Belmond Palacio Nazarenas

Otelin yerləşdiyi Perunun Kusko əyalətinda iyun ayında demək olar ki, qış olur. Belə ki, gündüz bu ərazidə T-shirtdə gəzən insanlar axşamlar gödəkcədə gəzməli olurlar. Çünki hava 0 dərəcəyədək enir. Belmond Palacio Nazarenas 5 il bundan öncə qadın manastrının yerində açılıb. Odur ki, mehmanxana öz interyeri ilə seçilir. Otel bir növ labirinti xatırladır. Otelin axşam 22:00-da qədər işləyən hovuzunda üzmək isə ayrıca zövq verir. Belə ki, açıq havada olan hozunun yaxınlığında olan tonqaldan gələn qoxu və hovuzun isti suyu xüsusi rahatlıq gətirir insana . Həmçinin sayrışan ulduzlar da öz izini insanın xatirəsində buraxır.

Turistlərə tövsiyyə olunur ki, rahibə xanımların əl işlərindən də alsınlar. Belə ki, otelin xüsui bir guşəsində otaq var ki, hansı ki, orada əyləşən rahibələr turistlər üzlərini göstərmədən balacxa pəncərədən müştərilərinə əl işlərini təklif edir.

Kayakapi Premium Caves – Kapadokiya


Türkiyədə Kapadokiyada yerləşən Kayakapi Premium Caves turistlərin diqqətini çəkməkdə davam edir. Öz gözəlliyi ilə seçilən oteldə qonaqlamaq bir çoxlarının ürəyincə olacaq. Həmçinin axşamlar turistlər üçün fəaliyət göstərən animatorlarda zövqlərə oxşayacaq.

Hanoi La Siesta Hotel and Spa


Vyetnamın Hanoy şəhərində yerləşən otel yaxınlığında çoxlu sayda tarixi abidələr var. Həmçinin yaxınlıqda olan parklar və göllər turistlərin açıq havada yaxşı vaxt keçirməsinə yardımçı olacaq.

Golden Temple Retreat

Kombodcada yerləşən Golden Temple Retreat Ankor – Vat vadisinin yaxınlığında ətrafında çoxlu xramlar olan ərazidə yerləşir. Bu məkanda günəşin çıxışını izləmək xüsusi bir mənzərə sayılır. Şah sarayı olan Anqkor – Txom şah sarayıdır. Kompleks 12-ci əsrdə inşa edilib. Bura ərazilərə gələnlər Anqkoro gecə bazarında istədikləri qədər alış-veriş edə bilərlər.


Quinta Jardins do Loga

Madeyra arxipelaqının paytaxtı Funşal şəhərində yerləşən otel hən də məşhur futbolçu Kriştiano Ronaldonun vətənində yerləşir.Hazırda Funşal öz iqlimi və təbiəti ad-san qazanıb. Ucuz taksilərlər Funşal şəhərini qısa zamanda gəzmiş olacaqsız.

The Oberoi Rajvilas

Hindistanın Caypur şəhərində yerləşən The Oberoi Rajvilas oteli fərqli gözəlliyi ilə göz oxşayır. Məlumat üçün bildirək ki, Caypur çəhrayı şəhər deməkdir. Gündüz vaxtı bu şəhərdə yerləşən küləklər sarayı Hawa Mahal baş çəkə bilərsiz.

Hotel Amira İstanbul

Hotel Amira İstanbul adından da göründüyü kimi füsünkar İstanbul şəhərində yerləşir. Bu oteldə qalmaqdan zövq almadan savayı qədim İstanbulun küçələrində gəzməklə tarixi bazarlara və qədimi arxitektur incilərlə də tanış ola bilərsiz.

Hotel 41














Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Hotel41 -in yaxınlığında tarixi abidələr yerləşir. Dəbdəbə ilə ayaqlaşmağı xoşlayanlar isə Oksford – street də brend dükanlardan geyimlər ala bilərlər.


İkos Oceania



Yunanıstanda Nea-Mudanya əyalətində yerləşən otel həmişə qayıtmaq istədiyiniz məkan olacaq.



Mandapa, a Ritz -Carlton Reserve

İndoneziyada Ubud şəhərində yerləşən otel özündə şərq gözəlliyini təcəssüm etdirir.

Nayara Sperings



Kosta-Rikada Fortuna-de-la-San-Karlosda yeləşən otel Nayara Sperings geoloji möcüzənin yaxınlığında yerləşir. Yaxınlıqda Arenal vulkan yerləşir. Adı çəkilən vulkan Kosta – Rikada ən aktiv vulkan hesab olunur. Həmçinin yaxınlıqda yerləşən Каtаrаtа-dе-lа-Fortuna şəlaləsi yerləşir.





Rosevood Mayakob








Rosevood Mayakoba oteli Meksikada Playa-del-Karmendə yerləşir. Bu ərazilər dayvinq üçün dünyada ən yaxşı məkan hesab olunur. Şəhər ümumilikdə müasir balıqçılıq şəhərini xatırladır.



Valle Dincanto Midscale Hotel


Brazilyada Qramadu şəhərində yerləşən otel ətrafında sıx yaşıllıq mövcuddur.

Hotel Spadai

Hotel Spadai İtaliyada Florensiya şəhərində yerləşir. Rəsm sevərlər şəhərdə yerləşən bir çox rəsm əsərlərinin sərgiləndiyi məkanlara baş çəkə bilərlər.

Constance Prince Maurice










Otel Mavrikiyada Poste-de-Flak yerləşir. Mehmanxana təbiət əhatəsində xüsusi gözəl bir məkanda yerləşir.








O Gallery Premier Hotel and Spa

Otel Vyetnamın Xanoy şəhərində yerləşir. Çox saylı bir-birindən fərqli dizayn otaq nömrələri hər bir turistin ürəyincə olacaq.

The Nantucket Hotel and Resort

ABŞ da Massacusts ştatında Nnentuket şəhərində yerləşən otel ABŞ –a gələn turistlərin daim diqqətini çəkir. Otelin qeyri-adi dizaynı oteldə qonaqlayan qonaqların ürəyincə olacaq. Daim xidmət göstərən personal isə turistləri maraqlandıran sualları vaxtında cavablandıracaq və lazımı xidməti göstərəcəklər.

AYADA Maldives











Mehmanxana Maldivdə Maquddxva şəhərində yerləşir. Hər birinin hovuzu olan villalar təbiət gözəlıliyi ilə əhatə olunub. Otelin Magu restoranı sizə yerli yeməklərlə yanaşı Avropa mətbəxinə də qonaq edəcəklər.