Yay mövsümündə azərbaycanlı turistlərin ən çox üz tutduğu istiqamətlərdən birinin bəlkədə ən birincisinin Türkiyə olduğunu nəzərə alaraq bir neçə vacib məqamları nəzərinizə çatdırmaq istərdik. Bu dəfə ilk dəfə Türkiyəyə gedəcək uşaqlı ailələr üçün müəyyən tövsiyyələrimiz olacaq.

Türkiyədə hansı istirahət mərkəzini seçim?

Hansı oteldə qonaqlamaq olar?

Üç nəfərlik turpaket neçəyə başa gəlir?

İstirahət barədə turistlərin məsləhətləri və s əgər sizdə bu suallara cavab axtarırsızsa o zaman bu məqalə sizin üçündür.

Türkiyədə uşaqlarla ailəvi ən yaxşı istirahət məkanları Antaliya, Alanya,Bələk və Side hesab olunur.

Antaliya

Ən məşhur istirahət mərkəzi – Antaliya hava limanı yaxınlığında yerləşir. Bu yerlərdə istənilən zövqə uyğun ( qumlu və çınqıllı) çimərliklər var. Turizm infrastukrutu inkişaf edib və müxtəlif tip otellər var. Antaliya Türkiyədə uşaqlarla istirahət etmək üçün elə də sakit mərkəz olmasa da burada uşaqlar üçün çoxlu sayda istirahət və əyləncə yerləri var. Həmçinin Antaliyanın mərkəzindən bir qədər aralıda böyüklər üçün müxtəlif əyləncə mərkəzləri də movcuddur.

Burada böyüklər və uşaqlar üçün əyləncə mərkəzləri

Akvaparklar

Muzeylər

Şəlalər

Delfinariya

Zoopark

Müxtəlif su əyləncələri

Oyun və əyləncə mərkəzləri

Alaniya

2019-cu ildə ailəvi və uşaqlarla istirahət edə biləcəyiniz istirahət mərkəzlərindən biri də Türkiyənin Alaniya kurort mərkəzidir. Burada şəhərin mərkəzi səsli-küylü olduğundan kənar qəsəbələrdə otellərdə qonaqlamaq məqsədə uyğundur.

Bəzi turistlər Alaniya haqqında qeyd edirlər ki, otellər hava limanından uzaqdır. Bu düzdür Alaniya otellərinə getmək üçün aeraportdan 130 kilometr yol qət etməli olacaqsız. Lakin buranın iqlimi , isti dəniz suyu övaldlarınız üçün yaradılmış xüsusi şərait bu çatışmamazlığı aradan qaldıracaq.

Məsləhət görürük ki, bu istirahət mərkəzini seçmədən öncə övladınızın bu yolu necə keçirəcəyini öyrənəsiz.

Alanyada hara gedim?

Aqvaparklar

Şəlalaər və mağaralar

Gəmilərdə gəzinti

Luna-park

Sealanya Sea-Park əyləncə mərkəzi

Qumlardan hazırlanmış Sendlend heykəltaraşlıq mərkəzi

Belek

Belek istirahət mərkəzi Türkiyənin ən müasir kurort yerlərindən biridir. Belek əksər vaxtlarda bu yerlərdə övladları ilə istirahət edən turistlərdən müsbət rəylər alıb.

Əgər siz uşaqlarınız və ailəvi dincəlməkl üçün ucuz otel axtarırsızsa onda bura seçəcəyiniz ən axırıncı yer olacaq. Çünki Belekdə əksər otellər 4 ulduzludur. Bütün Belek otelləri uşaqlarınız və ailənizlə istirahətiniz üçün hər şeylə təmin olunub.

Uşaqlar istirahət üçün bu yerlərin üstün cəhətlərindən biri də təmiz isti sulu çimərliklərin olmasıdır.

Belekdə uşaqlarnanhara getmək olar?

Akvaparka

Delfinariya

Zoopark

Körpülü Kanyon

Əyləncə mərkəzlərində atraksionlarda əylənmək

Side

Side Antaliya hava limanından 74 kilometr aralıda yerləşir. Türkiyənin bu ərazisində istirahət daha çox balaca uşaqları olan ailələrin işinə yarıyacaq. Belə ki, bu istirahət mərkəzində olduqca çoxlu sayda yaşıllıq əraziləri var. Əyləncə seçimi də elə də az deyil. Lakin otellər xaric ərazilərdə uşaqlar üçün istirahət mərkəzləri elə də çox deyil.

Side uşaqlarla hara getmək olar

Diksaveri park

Şəlalər

Qədim şəhər

Yaşıl kanyon

Muzey

Uşaqlarnan istirahət etmək üçün Türkiyənin ən yaxşı otelləri

Türkiyədə övladlarınızla istirahət edə biləcəyiniz bir çox otellər var. Onların hamısını qeyd etmək müşkül məsələ olduğundan yalnız haqlarında turistlərin daha çox danışdıqları otelləri qeyd etmişik.

Fame Residence Lara & Spa& Spa – 5 ulduz – Antaliya

Övladlarınız ilə dincələyə biləcəyiniz ən yaxşı otellərdən biridir. Antaliyanın mərkəzində yerləşir. Çox böyük ərazisi (110 000 kv metr) ərazisi var. Turistlərin bu məkna barədə rəyləri 10 baldan 9.4 –nü toplayıb.

Otel birbaşa qumlu çimərliyə çıxışı olan dəniz sahilində yerləşir. Çimərliyin mavi bayrağı var.

Otelin ərazisində uşaqlar üçün hovuz, klub, oyun meydançası, animasiya, uşaq şəhərciyi və voleybol meydançası var.

Bu oteldə qalan bir çox turistlər otelin yeməkləri haqqında da müsbət fikirlər söyləyiblər. Oteldə təklif edilən və xüsusi allergiya yaratması mümkün olan qidalanrın üzərində nişanlar var.

Adətən bu oteldə uşaqları ilə qalan ailələr hər şey daxil bir həfətlik paket seçirlər 2019-cu il yayına bu tip otellərdə istirahət 1500 dollardan başlayır.

Mukarnas Spa Resort – 5 ulduz – Alaniya

Otel dənizə yaxın ərazidə yerləşir. Turistlərin rəyinə görə, uşaqlarla istirahət üçün bu otel 10 baldan 8.9 nu yığıb.

Uşaqlar üçün Mukarnas Spa Resortda akvaparklar, animasiyalar, xüsusi hovuzlar var. Otelin restoranın uşaqlar üçün menyu da var. Bundan başqa dietek menyu da var. Səhər yeməyini birbaşa otağınıza da sifariş edə bilərsiz.

Mövsümdə ( yay və sentyabrda aylarında ) hər şey daxil 2 böyük bir uşaq üçün 7 günlük turpaket 1400 dollardan başlayır.

Granada Luxury 5 ulduz – Alaniya

Bu otel aralıq dəniziyaxınlığında yerləşir. Otel qonaqlarının ixtiyarına , pulsuz avtomobil dayancağı, açıq hovuz və spa-salon təqdim edir.

Oteldə əyləncəli şou və rəqs göstəriləri olur. Turistlər şəhər ekskursiyası sifariş edə və ya otelin bağında gəzməklə ətraf mühitdən həzz ala bilərlər.

Otelin Granada Luxury Okurcalar restoranında Türk mətbəxi ilə yanaşı Avropa mətbəxinin yeməklərini də təqdim edirlər. Alanyadan Antalya hava limanına getmək üçün 2 saat vaxt lazım gələcək. Ultra hər şey daxil oteldə uşaqla birlikdə oteldə qonaqlamaq 1500 dollardan başlayır.

Kaya Belek – 5 Ulduz – Belek

Balaca uşaqlarınız ilə dincələyə biləcəyiniz yaxşı otellərdən biri də 5 ulduzlu Kaya Belek otelidir. Otelin yerləşdiyi sahil uşaqların dənizə girməsi üçün olduqca əlverişidir. Turistlərin rəylərinə görə, otel maksimum 10 baldan 9.1 ni toplayıb.

Otelin ərazisində uşaqlar üçün mini akvaparkı olan hovuz da var. Burada olan turistlər otelin animatorları haqqında müsbət rəylər bildirirlər. Buranın animatorları hər uşağa individual yanaşır və müxtəlif əyləncəli oyunlar təklif edirlər.

Yaşca böyük uşaqlarla fitnes mərkəzə baş çəkə,bilyard oynaya, at çapa, həmçinin dayvinq və yelkənli qayıq da sürə bilərsiz.

Riu Kaya Belek otelində 2 böyük bir uşaq bir həftə istirahət paketi 2000 dollardan başlayır.

Lyra Resort – 5 ulduz – Side

Sidedə yerləşən bu otel danizə yaxın ərazidə yerləşir. Turistlərin bu yerlər haqqında rəyləti əsasında toplanan bal maksimum 10-dan 9 olub.2016 cı ildə otel renovasiya olunub. Oteldən 800 metr aralıda Lena Park ticarət mərkəzi yerləşir. Otreldən bu istiqamətə pulsuz transfer mövcuddur.

Otelin ərazisində iki böyük hovuzdan savayı akvapark, oyun meydançaları mini-diskoteka və digər əyləncə mərkəzləri var. Ad günü olan balacalar üçün isə otel xüsusi surpriz hazırlayıb.

Övladınızla bu oteldə hər şey daxil istirahət 1350 dollardan başlayır.

2019 övladlarınızla Türkiyədə istirahət

3 nəfərdən ibarətailə üçün istirahətqiymətləri 900 dollardan başlayır. Misal üçün Kemerdə 3 ulduzlu otel səhər yeməyi daxil istirahət daxildir.

4-5 ulduzlu oteldə qiymətlər bir qədər bahadır. Belə ki, bu tip otellərdə 7 gecə qonaqlamaq 1200 dollardan başlayır.

Bodrumda 4 ulduzlu Golden Age otelində 3 dəfə qidaıanmaq daxil 3 nəfərlik ailəyə 1200 dollara başa gələcək.

Hər şey daxil Türkiyə turları

Türkiyəyə hər şey daxil turların qiyməti adi turpaketlərdən fərqlənmir. 3 ulduzlu oteldə qonaqlamaqla qiymətlər 1200 dollardan başlayır. Misal üçün bu qiymətə 4 ulduzlu Millenium oteldə qonaqlamaq olar. Türkiyədə 4-5 ulduzlu oteldə 3 nəfərlik ailənin qonaqlaması 1200 dollardan başlayır.

Türkiyədə oteldə uşaqla istirahət haqqında rəylər

Bir çox turistlər rəylərində bildirirlər ki, uşaqla Türkiyə otellərində istirahət əla seçimdir.

Türkiyədə istirahəti seçənlər aşağıdakı üstünlüklərin olduqlarını bildirirlər.

Vizasız səfər

May-iyundan oktyabradək əla iqlim var

İstirahət mərkəzlərində qiymətlər münasibdir

Təmiz suyu olan dənizi var

Əksər otelləri hər şey daxil All inclusive sistemi ilə çalışır

Balacalar üçün müxtəlif əyləncə növləri mövcuddur

Türkiyə otellərində istirahətin mənfi tərəfləri

İstirahət mövsümündə otellər tam dolu olur. Çimərliklər çoxlu sayda insanlar və səs küy olur.

Taksi də və Restoranlarda qiymətlə bağlı aldanmaq olar

Bəzi muzeylərdə uşaq kalyasqaları ilə daxil olmaq olmaz

Məsləhətlər

Səyahət uşaqlarınızla gedəcəksizsə otelin yerləşmə yerinə diqqət yetirin. Çünki bəzi otellər hündür yerdə yerləşir və dənizə girmək uşaqlar üçün bir qədər dərin olur.

Türkiyə otellərində ailəvi istirahət üçün daha uyğun vaxt may-iyun və sentyabr aylarında məsləhət görülür. Bu mövsümlərdə sular isti olur.

Uşaqla gedəcəksizsə Türkiyədə heç vaxt 4 ulduzdan aşağı oteli seçməyin. 5 ulduzlu oteli seçsəz daha yaxşı olar.

Əgər artıq Türkiyədə uşaqlarınızla istirahət etmisizsə o zaman komment yerində öz fikirləriniz qeyd edə bilərsiz . Başqaları da sizin fikirlərinizdən yararlansın.

Sualınız var? Ondazəng edin. Suallarınızı cavablandıraq

+994506037888
+994776035888
+994124088888