Amsterdam Niderlandın paytaxtıdır. 2016-cı ilin hesablamalarına görə, şəhərin əhalisi 825 min nəfərdən çoxdur. Bu şəhər böyüklüyünə görə sayca Avropada 6-cı metropolisdi. Şəhərin adı Amstel və dam sözlərindən yaranıb. Şəhərin adı öz-özlüyündə şəhəri təcəssüm etdirir. Belə ki, Amsterdam çay və dam deməkdir.

Şəhərin əsası 12-ci əsrin sonlarında balıqçılar tərəfindən qoyulub. 19-cu əsrlərin sonu 20-ci əsrlərin əvvəlləri şəhər daha da böyüyüb. Sahəsi 2019.4 min kv kilometrdi. Şəhərdə istifadə olunan dil, Holland və frizki dilləridir.Şəhər Niderlandın həm mədəni həm də iqtisadi mərkəzi hesab olunur. Amsterdamda dünyaca ən böyük 500 şirkətin ofisi var.

Amsterdama Aviaradar.azOnTravel turizm şirkətinin xidmətlərindən istifadə etməklə səfər edə bilərsiz.

İqlim və hava

Şəhər mülayim iqlim təsiri altındadır. Amsterdam da qış fəslində tempratur çox nadir hallarda 0 dərəcədən aşağı enir. Bu şəhərdə sərt qış yalnız Skanadinaviya yarmadasından və Rusiyadan gələn siklonların təsirindən baş verə bilər. Yay fəsli bu şəhərdə isti olsa da "ürək sıxan" qızmar günəşli hava müşahidə olunmur. Yağıntılar isə oktyabr mart ayaları aralığında baş verir.

Nəqliyyat

Amsterdam şəhərinin nəqliyyatı 16 xətli tramvaylardan, 30 marşrutlu avtobuslardan və metrodan ibarətdir. 2010-cu ildən Amsterdam ictimai nəqliyyatında OV-chipkaart kartlarından istifadə olunur. Həmçinin əhali arasında nəqliyyat kimi velosipedlərin xüsusi önəmi var.

Rayonlar

Hazırda Amsterdam şəhəri əvvəllər olduğu kimi 14 yox , 7 rayondan ibarətdir. Centre, Noord, Zuidoost, Zuid, Oost, Niuew-West və West . Adından göründüyü kimi Centre şəhərin mərkəz bölgəsidir. Bu rayon özündə tarixi İordan, Qraxtenqordal, Yodenbyuyurt (Yəhudi), De Plantage, Nyıvezeyds və Audzeyds məhəllələrini birləşdirir.

Amsterdamda hara baş çəkmək olar

Şəhərdə 4 böyük su kanalı var. Qədimdə yağış sularının dənizə axıdılması üçşün istifadə olunub. Müasir dövrdə bu kanalların bəzi yerlərdə üstü torpaqla örtülüb. Şəhərin arxitekturasına nəzər salsaq görərik ki, ən qədimi tikili Baqeynxofda yerləşən het Houten Huys binasıdır. Bu tikilinin 15-ci əsrdə inşa edildiyi bildirilir. Bina Amsterdam tikililəri arasında ən nadir qotika üslubunda olan binadır. 16-cı əsrdə Amsterdamda köhnə binalar sökülərək yerində kərpiclərlə hörülmüş pilləkanlı evlərlə əvəzlənir. Həmin dövr Amsterdam renesansı adlanır.

Həmçinin Amsterdam gecə həyatı ilə də məşhurdur. Şəhərdə gecə həyatı üçün məşhur məkanlar Leydsepleyn küçəsi və Rembrandta meydanı hesab olunur.

Amsterdamda kafe və restoranlar çoxdu. Nəzərə alsaq ki, çoxmillətli şəhərdi o zaman hər ölkənin mətbəxinə uyğun yemək tapmaq elə də çətin deyil.

Amsterdam öz festivalları ilə də məşhurdur. Belə ki, təkcə 2008-ci ildə şəhərdə 140 festival keçirilib. Onlardan ən məşhuru Kraliça günü və Uitmarkt incəsənət günüdür.

30 apreldə qeyd edilən Kraliça günündə müxtəlif ölkələrdən çoxlu sayda turistlər şəhərə qonaq gəlir ki, yerlıi əhaliyə qoşularaq bu bayramı qeyd etsin.

Qırmızı fənərlər küçəsi Amsterdamı məşhurlaşdıran yerlərdən biridir. De Vallaen rayonu fahişəliyin leqal olduğu məkandır. Bu ərazidə çoxlu sayda 1 otaqlı evlər mövcuddur. Evləri icarəyə götürən qadınlar əks cinsin nümayəndələrinə pəncərədən və ya şüşəli qapılardan bədənlərini nümayiş etdirməklə intim xidmət təklif edirlər.

Amsterdamda populyar məkanlardan biri də kofeşoplardı. Niderlandda mindən çox kofeşopların olduğu bildirilir. Lakin məşhurluq Amsterdam kofeşoplarının payına düşüb. Məlumatı olmayanlar üçün bildirək ki, kofeşoplar müxtəlif çeşiddə marixuana təklif edilən məkanlardı. Seçim də çətinlik çəkənlər üçün obyektin personalı, daim yardımçı olmağa hazırdır. Kofeşopların menyusunda spirtsiz içkilərdən tutmuş həşişli pirojnalara qədər dadmaq mümkündür.

Amsterdam Avropanın əsas alış-veriş şəhərlərindən hesab olunur. Şəhərdə çoxlu sayda ticarət mərkəzləri var. Bu mərkəzlər səhər 9-dan etibarən işə başlayır və həftə içi 21:00 –dək fəaliyət göstərir. Kalverstraat və Leidsestraat küçələrində məşhur brend dükanlarını isə gecə saatlarınadək işləyən görmək mümkündür.

Amsterdamda harada gecələyim sualına cavab axtaranlar isə Hotels24.az-a daxil olmaqla istənilən oteli bron edə bilər. Əgər bronlamada çətinlik çəksəz heç də narahat olmayın booking.com dan fərqli olaraq aşağıdakı nömrələrə zəng etməklə bronlama məsləhəti və qaydalar barədə ödənişsiz tanış ola bilərsiz.

Bayramlarda ad gunlərinə yaxınlarınıza, iş yoldaşlarınıza VİP hədiyyə etmək istəyirsinizsə bizdən 300 500 1000 aznlik turizm hədiyyə kartları əldə edə bilərsiz

Məlumat üçün bildirək ki, Azərbaycan və dünya üzrə ən böyük otel bazası olan www.hotels24.az saytına daxil olmaqla münasib qiymətə otel bron edə bilərsiz. Əlaqə nömrələrimiz 012 408 88 88; 055 603 58 88