Necə bron edilir?

Siz çətinlik çəkmədən özünüz saytda otel bronunu reallaşdıra bilərsiniz. Bunun üçün otelin adını və otelə giriş-çıxış tarixlərinizi bilməyiniz kifayətdir.

I Addım. Siz Azərbaycanda şəhərin və ya otelin adı, giriş-çıxış tarixlərini, eləcə də fərdlərin sayını axtarış sisteminə qeyd edirsiniz.

II Addım. Sizə təklif olunan variantlardan otelin adını seçirsiniz, Sizə uyğun olan otelin seçimini rahatlaşdırmaq və vaxt itkisinin qarşısını almaq üçün soldakı filtrlərdən (qiymətlər üzrə, xidmətlər vəs.) istifadə edə bilərsiniz.

III Addım. Qalmaq istədiyiniz otaq növünü seçin.

IV Addım. Bronu təsdiqləyin.

Ərizəni göndərdikdən sonra, Bizim operatorumuz Sizin tərəfinizdən seçilmiş otel nömrəsinin boş olub-olmadığını dəqiqləşdirdikdən sonra 20 dəq ərzində Sizinlə əlaqə saxlayacaq (operatorların iş vaxtı 10:00-19:00)

Əgər Siz özünüz saytda otel axtarmağa vaxt itirmək istəmirsinizsə, bron etmək üçün sadəcə bizimlə əlaqə saxlayın. Bizim operator özü Sizin bütün istəklərinizi nəzərə alaraq Sizə otel nömrəsi seçib bron edəcək. Tel: +99412 408 88 88; +99470 608 38 88 (whatsapp və skype)



×